Allah kitabında buyurur ki: “Siz Allahın dininə yardım  edərsizsə, Allah da sizə yardım edər, addımlarınızı sabit edər  və ayaqlarınızı sürüşməyə qoymaz.”. (Muhamməd sürəsi, 7. ayə)

29 / Rəbiülaxır / 1443

Dəstəmazın növləri



Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.

Fərz olan dəstəmaz

İki halda dəstəmaz fərz almaq fərzdir:

  1. Dəstəmazsız olan və namaz qılmaq istəyən şəxsin dəstəmaz alması fərzdir. Bu namaz istər fərz, istər vacib, istərsə də nafilə olsun və yaxud da cənazə namazı və ya tilavət səcdəsi kimi tam namaz mahiyyətini daşımayan bir ibadət olsun hökm dəyişmir. Bunun dəlili dəstəmaz ayəsi[1] ilə Hz. Peyğəmbərin (s.ə.s) “namaz qılacağım vaxt dəstəmaz almaqla əmr olundum.”[2] − hədisidir.
  2. Qurani-Kərimə toxunmaq üçün dəstəmazlı olmaq lazımdır. Bir ayənin kağız, dəri, divar və ya nəğd pul üzərində yazılı olması da, əllə tutma baxımından eyni hökmə bağlıdır. Dəlil; “Ona yalnız pak olanlar toxuna bilər!”[3] Hz. Peyğəmbərin (s.ə.s): “Qurana ancaq təmiz olan toxuna bilər”˗ hədisidir. [4]

Vacib olan dəstəmaz

Kəbəyi-müəzzəməni təvaf etmək üçün dəstəmaz almaq hənəfilərə görə vacibdir. Fəqihlərin əksəriyyəti isə bunu fərz qəbul edərlər. Bunun dəlili bu hədisdir: “Beytullahı təvaf etmək bir namaz kimidir. Aralarında bir fərq vardır ki, Allah təvafda danışmağı halal qılmışdır. Kim təvafda danışarsa ancaq xeyir söyləsin.”[5] Hənəfilər təvafı həqiqi bir namaz kimi qəbul etmirlər. Buna görə də onun səhhətini dəstəmaza bağlamırlar. Vacibin tərkindən ötrü qurban cəzası lazımdır.

Məndub olan dəstəmaz

Həmişə dəstəmazlı olmaq, əzbərə Quran oxumaq, azan oxuyub qamət gətirmək, dini kitablara toxunmaq, dini elmləri öyrənib öyrətmək, cənazə yumaq və ya cənazənin ardınca getmək, yatmazdan əvvəl və yuxudan oyandıqda, namaz xaricində qəhqəhə ilə güldükdə dəstəmaz almaq məndubdur. Həmçinin qəzəbləndikdə dəstəmaz almaq da məndubdur. Allah Rəsulu (s.ə.s): “Qəzəb şeytandandır. Şeytanda da oddan yaradılmışdır. Odu, atəşi anacaq su söndürər. Buna görə də biriniz qəzəbləndikdə dəstəmaz alsın.” ˗ buyurmuşdur.[6] Məndub olaraq alınan dəstəmazla, lazım gəldiyində hər cür namaz qılınar və ya Qurani-Kərim oxuna bilər.[7]

Dəstəmazlı şəxsin heç namaz qılmadan yenidən dəstəmaz alması su israfı sayıldığından məkruhdur.[8]


[1] Maidə, 5/6.
[2] Əbu Davud, Ətimə, 11; Tirmizi, Ətimə, 40; Nəsai, Təharət, 100; Ə. İbn Hənbəl, , 359; Darimi, Vüdu, 65.
[3] Vaqiə, 56/79.
[4] Malik, Müvəttə, Quran, 1; Qurtubi, Cami, XVII, 146; Şövkani, Neylul-övtar, I, 205.
[5] Zeyləi, Nəsbur-rayə, III, 57.
[6] Əbu Davud, Ədəb, 4.
[7] Züheyli, e.a.ə., I. 210-212.
[8] İbn Abidin, Rəddül-muxtar, I, 111.
 



Namaz vaxtları

İşğal olunmuş rayonlarımız və işğal tarixləri                  

Xocavənd

02.10.1992

Xocalı

26.02.1992

Şuşa

08.05.1992

Laçın

18.05.1992

Kəlbəcər

02.04.1993

Ağdam

23.07.1993

Cəbrayıl

23.08.1993

Qubadlı

31.08.1993

Füzuli

23.08.1993

Zəngilan

29.10.1993


right_html