Allah kitabında buyurur ki: “Siz Allahın dininə yardım  edərsizsə, Allah da sizə yardım edər, addımlarınızı sabit edər  və ayaqlarınızı sürüşməyə qoymaz.”. (Muhamməd sürəsi, 7. ayə)

29 / Rəbiülaxır / 1443

Dəstəmazın səhih olmasının şərtləri



Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.[1]

Dəstəmaz alarkən istifadə edilən su maneəsiz olaraq dəstamaz üzvlərinə təmas etməlidir.

Dəstəmaz pozan hallar olmamalıdır. Sidik damcılarının və qanaxmanın dayanması, qadınlarda heyz və nifas halının tamamlanması lazımdır. Bədəndən xaric olan məzi və vədi kimi axıntıların kəsilməsi üçün bir az gözlənilməlidir. Axıntı tam kəsilmədən alınan dəstəmaz səhih olmaz, çünki axıntının gəlməsi ilə pozular. Bunun üçün barmaqlarla kişi cinsiyyət orqanı sığanmalı, bir müddət yürüməli və ya hərəkət edilməlidir.

Dəstəmaz almadan bir müddət gözləməyə istibra deyilir.[2] Bu haqda Allah Rəsulu (s.ə.s) “Sidikdən qorunun. Çünkü qəbir əzabının əzabının çoxu ondandır.[3]” −  buyurur.

Üzrlü şəxslər isə bundan istisnadırlar. Yaradan qan axması, sidiyi saxlaya bilməmək, ishaldan qaynaqlanan yellənmə kimi narahatlıqları olan şəxslər üzrlü hesab olunurlar. Ancaq qanayan yarası olduğu üçün üzrlü olan şəxslər də istibraya diqqət yetirmələlidirlər.

 


[1] Elmalılı Hamdi Yazır, Hakk Dini Kuran Dili, II, 1583. 
[2] İbn Abidin, Rəddul-muxtar, I, 344-345
[3] Buxari, Vudu 55; İbn Macə, Təharət 26; Nəsai, Səhv, 88.

Namaz vaxtları

İşğal olunmuş rayonlarımız və işğal tarixləri                  

Xocavənd

02.10.1992

Xocalı

26.02.1992

Şuşa

08.05.1992

Laçın

18.05.1992

Kəlbəcər

02.04.1993

Ağdam

23.07.1993

Cəbrayıl

23.08.1993

Qubadlı

31.08.1993

Füzuli

23.08.1993

Zəngilan

29.10.1993


right_html