Allah kitabında buyurur ki: “Siz Allahın dininə yardım  edərsizsə, Allah da sizə yardım edər, addımlarınızı sabit edər  və ayaqlarınızı sürüşməyə qoymaz.”. (Muhamməd sürəsi, 7. ayə)

29 / Rəbiülaxır / 1443

Qohumluq və qonşuluq əlaqələrinin qorunması dinimizin əsas prinsiplərindəndir



Qohumluq və qonşuluq əlaqələrinin qorunması dinimizin əsas prinsiplərindəndir

Allah-Təala Qurani Kərimin “Nisa” surəsinin 36-cı ayəsində belə buyurur: 

وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ ۗ...

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın   dosta, müsafirə və sizə xidmət edənlərə yaxşılıq edin!...”.

Hörmətli müsəlmanlar!

Mübarək ayədən belə məlum olur ki, İslam dini Allaha ibadət etməklə yanaşı, qohumluq və qonşuluq əlaqələrinə də böyük önəm verir, qohum-əqrəbaya, yaxın və uzaq qonşulara yaxşılıq etməyi də vacib sayır.

Müqəddəs dinimizdə qohumluq əlaqələrini özündə cəm edən əxlaqi dəyər sileyi-rəhm adlanır. Ərəb dilindən tərcümədə “silə” bağlılıq, “rəhm” isə,ana bətni mənasını verir. Deməli, sileyi-rəhm dedikdə qohumların bir-birinə olan bağlılığı və yaxınlığı kimi başa düşülür; terminoloji mənada isə, qohumlarla əlaqə saxlamaq, qohumluq əlaqələrini qorumaq, yaxınlarla,mütəmadi surətdə hal-əhval tutub görüşmək və onlardan uzaq durmamaq anlamına gəlir. Bu baxımdan, sileyi-rəhm İslamda hər bir müsəlmanın öhdəsində olan əsas vəzifələrdən biridir. Buna görə də,müqəddəs Quran qohumlarla əlaqəni kəsən şəxsin İlahi lənətə düçar olacağını bildirir, möminlərə bu haqlara riayət etməyi əmr edir.Rəsulullah(s) isə, bu barədə belə buyurur:

مَنْ سَرَّهُ أَنْ يُبْسَطَ عَلَيْهِ رِزْقُهُ، أَوْ يُنْسَأَ فِى أَثَرِهِ، فَلْيَصِلْ رَحِمَهُ

Kim ruzisinin artmasını və ya əcəlinin gecikməsini istəyirsə, qohumluq əlaqələrini davam etdirsin”

Qohumluq əlaqələrini davam etdirmək və bununla qohumlara, eləcə də digər yaxınlara yaxşılıq etməkHəzrət Peyğəmbərin (s) bu mübarək kəlamının məntiqi nəticəsi olaraq anlaşılır.

Müqəddəs dinimiz qohumlarla yanaşı, qonşularla da əlaqə saxlamağı, onların da haqlarına riayət etməyi əmr edir. Həzrət Peyğəmbərin (s) مَنْ كَانَ يُؤْمِنُ باللَّهِ وَالْيَوْمِ الآخِرِفَلا يُؤْذِ جَارَهُ -Allaha və Axirət gününə inanan qonşusuna əziyyət etməsin” hədisi İslamın qonşuluq münasibətlərinə verdiyi böyük önəmi göstərir. 

Namaz vaxtları

İşğal olunmuş rayonlarımız və işğal tarixləri                  

Xocavənd

02.10.1992

Xocalı

26.02.1992

Şuşa

08.05.1992

Laçın

18.05.1992

Kəlbəcər

02.04.1993

Ağdam

23.07.1993

Cəbrayıl

23.08.1993

Qubadlı

31.08.1993

Füzuli

23.08.1993

Zəngilan

29.10.1993


right_html